Bakıda avtomobilləri, ehtiyat hissələrini və istirahət biletlərini ucuz qiymətə satmaq adı ilə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə polis məlumat yayıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı Elvin Məhərrəmov saxlanılıb.
Araşdırma zamanı onun vətəndaşların etibarını qazanaraq avtomobilləri və ehtiyat hissələrini bazar qiymətindən aşağı satacağını, eləcə də müxtəlif istirahət məkanlarına sərfəli qiymətə bilet alacağını vəd etdiyi müəyyənləşdirilib.
İlkin məlumata görə, şübhəli bu üsulla 18 nəfəri aldadaraq onlara müxtəlif məbləğlərdə maddi ziyan vurub.
Faktla bağlı araşdırma davam etdirilir.

