Tailand beynəlxalq axtarışda olan keçmiş Moskva notariusu və vəkili Fail Sədrəddinovu Rusiyaya ekstradisiya edib.
Bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Sədrəddinov “qara rieltorlar” adlandırılan şəxslərlə bağlı cinayət işi çərçivəsində mütəşəkkil cinayətkar birlik yaratmaqda və ona rəhbərlik etməkdə ittiham olunur.
“Tailand ‘qara rieltorlar’ işi çərçivəsində beynəlxalq axtarışda olan Sədrəddinovu Rusiyaya ekstradisiya edib. O, daha əvvəl Moskvada qiyabi həbs olunduğu üçün hazırda paytaxtdakı istintaq təcridxanalarından birində saxlanılır”, – məlumatda bildirilib.


