Şəmkir rayonunda bıçaq xəsarətləri alan 12 yaşlı qız xəstəxanada həyatını itirib.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, Mahmudlu kənd sakini A. Namazova (2014-cü il təvəllüdlü) son dərəcə ağır vəziyyətdə tibb müəssisəsinə çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata əsasən, həmin gün qızın valideynləri onun itkin düşməsi barədə polisə müraciət ediblər.
Bir müddət sonra azyaşlı yaşadığı evin həyətində bıçaq xəsarətləri ilə aşkar olunub.
Hazırda polis əməkdaşları hadisənin səbəblərini və bütün təfərrüatlarını araşdırırlar.

