Türkiyənin Ankara şəhərinin Güdül rayonunda ailə üzvləri arasında baş verən mübahisə zamanı kürəkən qayınatası Yakup K. və qayınanası Emine K.-nı tapança ilə vuraraq öldürüb.
Hadisə Güdül rayonunun Güneyce məhəlləsində baş verib. Mübahisə zamanı adı açıqlanmayan şəxs üzərindəki silahla cütlüyə atəş açıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Həkimlər 48 yaşlı Yakup K. və Emine K.-nın hadisə yerində öldüyünü müəyyənləşdiriblər.
Qarşıdurma zamanı yüngül xəsarət alan şübhəli saxlanılıb.
Həlak olan ər-arvadın meyitləri ekspertizadan sonra Sincan qəbiristanlığında dəfn edilib. Faktla bağlı Beypazarı Respublika Baş Prokurorluğunda istintaq davam edir.

