ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşı Patrik Stiven Yaroç əcnəbilərə məxsus kriptovalyuta hesablarından ən azı 1 milyon dolları qanunsuz olaraq mənimsəməkdə ittiham olunur.
İş materiallarına görə, Yaroç FBI sisteminə daxil olaraq kriptovalyuta cüzdanlarından vəsait köçürmək üçün lazım olan açarları əldə edib.
O, öz hesabına təxminən 10–12 köçürmə etdiyini etiraf edib. Şübhəli oğurlanan məbləğin digər aktivləri ilə qarışdığı üçün dəqiq məbləği bilmədiyini bildirib.
Yaroç daha sonra könüllü şəkildə polisə təslim olub. Onun evində axtarış aparılıb, FBI isə əməkdaşını vəzifədən azad edib.
Şübhəli oğurlanmış əmlak, qiymətli kağızlar və pul vəsaitlərinin mənimsənilməsi ittihamı ilə həbs olunub.

