Filippinin Makati şəhərində insan alveri şəbəkəsindən beş Rusiya vətəndaşı olan qadın və keçmiş gözəllik müsabiqəsi kraliçası xilas edilib.
Bu barədə Cebu Daily News Filippinin Milli İstintaq Bürosuna istinadən məlumat yayıb.
Əməliyyat zamanı insanların kommersiya məqsədli cinsi istismarını təşkil etməkdə şübhəli bilinən bir kişi saxlanılıb.
Büronun məlumatına görə, şübhəli şəxsin insanları hər biri 25 min Filippin pesosuna (təxminən 34 min rubl) satmağı və əlavə olaraq komissiya haqqı əldə etməyi planlaşdırdığı müəyyən edilib.
Xilas edilən şəxslər lazımi yardımın göstərilməsi üçün Makati şəhərinin aidiyyəti qurumlarına təhvil verilib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.

