Amerikanın İndiana ştatının sakini lotereyadan 10 milyon dollar qazanıb.
“Denmedia.az” xarici KİV-ə istinadən xəbər verir ki, 11 ildir müntəzəm lotereya bileti alan qadının şansı bu ilin avqustunda gətirib.
Məlum olub ki, qadın çalışdığı zavodların birindən bir müddət əvvəl işdən çıxarılıb. Şanslı amerikalı pulu zavodda dost olduğu dörd həmkarı ilə bölüşəcəyini bildirib.
“Keçmiş həmkarlar artıq mükafatla nə edəcəklərinə qərar veriblər. Bəziləri avtomobil, bəziləri ev almaq, bəziləri isə pulu əmanət hesabına yatırmaq istəyir”, - milyonçu qeyd edib.Qafqazinfo.az