Psixoloq-psixoterapevt Dmitri Yevstigneyev hesab edir ki, ideal yaş fərqi 7 ildən çox olmamalıdır.
DenMedia.az xəbər verir ki, O, “Moskva 24” telekanalına açıqlamasında bildirib ki, bu zaman tərəflər “eyni nəslə aid insanlar” olaraq qalır.
“Zaman keçdikcə sağlamlıq vəziyyəti və enerji səviyyəsindəki fərq kritik həddə çatır, bu da partnyor münasibətlərini ‘xəstə–baxıcı’ tipli ittifaqa çevirə bilər. Bundan əlavə, sosial təzyiq və təcrid də öz rolunu oynayır,” — deyə mütəxəssis vurğulayıb.