Tez-tez və nəzarətsiz antibiotik qəbulu onların təsirini azaldır. Denmedia.az xəbər verir ki, bunu NEWS.ru-ya həkim-terapevt Denis Prokofyev bildirib. Onun sözlərinə görə, nəticədə bütün mövcud antibakterial preparatlara 100 faiz davamlı patogen bakteriyalar əmələ gəlir.
Həkim qeyd edib:
“Antibiotikə davamlılıq — dünənin problemi deyil, on illərdir mövcud olan qlobal təhlükədir. Dünyada tibbi icma xəbərdarlıq edir ki, antibakterial preparatların çox və nəzarətsiz istifadəsi bakteriyalarda müqavimət yaradır. Bakteriyalar kifayət qədər ‘ağıllıdır’ və hər antibiotikə uyğunlaşa bilirlər. Patogenezi və mənsub olduğu növ nə qədər mürəkkəbdirsə, uyğunlaşma mexanizmi də bir o qədər güclü olur”».
Prokofyev əlavə edib ki, yeni antibiotikin hazırlanması və sınaqdan keçirilməsi üçün 25–30 il tələb olunur. Yaxın illərdə xəstələri yalnız müxtəlif dərmanların kombinasiyası ilə müalicə etmək mümkün olacaq.
Onun sözlərinə görə:
“Yeni antibiotik hazırlamaq üçün minimum 25–30 il lazımdır. Bu, bir günə mümkün deyil. Bu səbəbdən yaxın zamanda yeni antibiotiklərin ortaya çıxmasını gözləmirik və müxtəlif siniflərdən olan bir neçə preparatı birlikdə istifadə etməli olacağıq. Bu isə bakteriyaların patogenliyini daha da artırır. İnsan nə qədər çox antibiotik qəbul edirsə, bakteriyaların davamlılığı bir o qədər yüksəlir.”

