Yeni ili ev şəraitində qeyd edərkən rahat, amma baxımlı görünmək tam mümkündür. Bunun üçün atlas kimonodan istifadə etmək və ya xalatı daha zərif alternativlə əvəzləmək kifayətdir.
Xalatları uzaq şkafa qoymağın vaxtıdır. Evdə keçirilən bayramlar adətən sakit və rahat atmosferdə olur, buna görə də qonaq qəbul edərkən obraz komfort və səliqə üzərində qurulmalıdır. Bunun üçün mütləq don geyinmək şərt deyil — düzgün seçilmiş rahat dəst də bayram əhvalı yarada bilər.
Ən universal variantlardan biri rezinli şalvar və sərbəst köynəkdən və ya kimonodan ibarət dəstdir. Parça seçimi burada əsas rol oynayır: atlas və ya məxməri faktura obrazı həm rahat, həm də bayram ab-havalı göstərir. Şalvarın düz və ya enli kəsimli olması tövsiyə olunur.

Bayram görüntüsü yaratmaq üçün bəzən tək bir vurğulu detal kifayətdir. Məsələn, payetli yubka ilə oversayz futbolka, qolları lələkli kardiqan və ya parlaq bijuteriya sadə görünüşü anında dəyişə bilər.
Yeni il ab-havasını aksessuarlarla da asanlıqla yaratmaq mümkündür. Bayram eynəkləri, saç üçün obodoklar və ya yeni il papaqları evdə belə şən və xüsusi görünməyə kömək edir.

