Nipah virusuna yoluxmanın ilk əlaməti güclü baş ağrısıdır. Bundan əlavə, ümumi zəiflik, bədən temperaturunun yüksəlməsi və mərkəzi sinir sisteminin zədələnməsinə işarə edən əlamətlər müşahidə oluna bilər.
Endemik bölgələrə səfər edən şəxslərə xəstə heyvanlarla təmasdan çəkinmək tövsiyə olunur. Eyni zamanda şəxsi gigiyena qaydalarına ciddi riayət etmək, antiseptik vasitələrdən istifadə etmək, meyvə və tərəvəzləri yeməzdən əvvəl diqqətlə yumaq və yoxlanılmamış su mənbələrindən su içməmək vacibdir.
DenMedia.az xəbər verir ki, Nipah virusuna qarşı hazırda vaksin mövcud deyil, bu səbəbdən profilaktik tədbirlərə əməl etmək xüsusi əhəmiyyət daşıyır.

