Cərrah Georgi Treyger bildirib ki, trombozun əsas riski onun gözlənilməz inkişaf etməsidir. İnsan bir anda ayağında ağrı və ciddi narahatlıq hiss edə bilər. Xüsusilə hərəkət zamanı dizin bükülməsi və açılması ağrılıdırsa, bu vacib siqnaldır.
Onun sözlərinə görə, səthi venalarda iltihab olduqda hər hərəkət diskomfort yaradır. Dərinin altında yerləşən vena yerini dəyişdikcə ağrı reseptorlarını qıcıqlandırır. Əgər söhbət dərin ven trombozundan gedirsə, vəziyyət daha təhlükəli olur — ayaq qəfil şişir və həcmi nəzərəçarpacaq dərəcədə artır.
Həkim vurğulayır ki, trombozu varikozla qarışdırmaq olmaz. Varikoz zamanı damar yumşaq və elastik qalır. Trombozda isə ağrı, şişkinlik və sərtlik müşahidə oluna bilər.
Əsas məsələ bədənin verdiyi xəbərdarlıq siqnallarını vaxtında anlamaq və gecikmədən tibbi yardıma müraciət etməkdir. Tromboz gecikdirildikdə həyati təhlükə yarada bilər.

