Britaniyalı Kollin Ferqyuson bildirib ki, “İnka” adlı alman çoban iti onun ağciyər xərçəngini erkən mərhələdə aşkar etməyə kömək edib. Bu barədə Daily Star məlumat yayıb.
Məlumata görə, it qadının ağzından gələn qoxuya davamlı şəkildə reaksiya verərək tez-tez onu iyləyir və narazı şəkildə üzünü büzürdü. Qadın əvvəlcə həkimə müraciət edib və ağız boşluğu yoxlanılıb, lakin analizlərdə heç nə aşkarlanmayıb.
Buna baxmayaraq, İnka eyni davranışı davam etdirib. Nəticədə Ferqyuson tam bədən skanından keçməyə qərar verib. Məhz bu müayinə zamanı onun ağciyərində qolf topu ölçüsündə şiş aşkar olunub.
Fizika və riyaziyyat üzrə keçmiş müəllim olan qadın bildirib ki, itinin davranışı birdən dəyişmişdi.
“Onun mənə münasibəti dəyişdi, sanki üzümə fokuslanmışdı. Hər dəfə məni iyləyəndə üzünü büzürdü”, – deyə Ferqyuson bildirib.

