Uğurlu karyerası ilə daim gündəmdə olan Hazal Türesan bu dəfə təmizliyə olan marağı ilə diqqət çəkib. Bir müddətdir çəkilişlər üçün Kars şəhərində olan aktrisa İstanbula qayıdan kimi reklam müqaviləsi imzalayıb.
Məlumata görə, Hazal Türesan “Yumoş” markası üçün kamera qarşısına keçib. İddialara əsasən, aktrisa bu reklam müqaviləsindən 5 milyon TL gəlir əldə edib.
Onun paylaşdığı fotolara yaxın dostları tərəfindən “Mis kimisən, çiçək kimisən” kimi rəylər yazılıb.
Qeyd edək ki, Hazal Türesan 20 iyul 1985-ci ildə Ankara şəhərində anadan olub. Təhsilini Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin teatr ixtisası üzrə alıb.

Aktrisa televiziya karyerasına 2008-ci ildə “Unutma Beni” serialı ilə başlayıb. Daha sonra “Yenidən Başla”, “Kara Para Aşk”, “Tatlı İntikam”, “Fazilet Hanım ve Kızları” kimi layihələrdə rol alıb.
O, həmçinin “Mucize Doktor”, “Fatma”, “Vahşi Şeyler” və “Atiye” kimi məşhur layihələrdə də çıxış edib. Kino sahəsində isə “Bir Don Juan Öldürmek”, “Sol Şerit” və “Bana Bir Aşk Şarkısı Söyle” filmlərində rol alıb.

