Artıq çəki, maddələr mübadiləsinin pozulması, xroniki xəstəliklər və yaşla bağlı dəyişikliklər daban şporunun (mahmızı) yaranmasına səbəb ola bilər. Bu barədə osteopat Aleksandra Yevdokimova “Veçernyaya Moskva”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, problemə çox vaxt ayaq travmaları, narahat ayaqqabıların uzun müddət geyilməsi, yastıpəncəlik və sərt səthdə uzun müddət yerimək səbəb olur.
Yevdokimova qeyd edib ki, daban şporu bəzən qeyri-adi fiziki yüklənmədən, məsələn uzun yürüşdən sonra yaranır. Problem tez-tez xroniki xarakter alır, çünki fassiyanın — vətər toxumasının daban sümüyünə birləşdiyi nahiyə zəif qanla təmin olunur. Nəticədə iltihab yavaş keçir və öz-özünə sağalmır.
Ekspert əlavə edib ki, şəkərli diabet, artrit və podaqra zamanı toxumalarda duz yığılması daban nahiyəsini daha da qıcıqlandırır.
Həkim xəbərdarlıq edib ki, xüsusilə 35 yaşdan yuxarı insanlar, artıq çəkidən əziyyət çəkənlər, idmançılar və hamilə qadınlar risk qrupuna daxildir.

