Yaşlanma sadəcə pasportdakı rəqəm deyil, hüceyrələrin nə qədər sürətlə zəifləməsi ilə bağlı prosesdir. Ona görə də düzgün vərdişlər insanın həm ömrünə, həm də yaşlılıqda zehni və fiziki gücünü qorumasına təsir edə bilər.
Uzunömürlü və sağlam qalmaq üçün ilk vacib məqam gecə qəlyanaltılarından uzaq durmaqdır. Yatmazdan əvvəl yemək həzm prosesini və yuxu keyfiyyətini poza bilər. Xüsusilə dərin yuxu zamanı orqanizm hüceyrələri bərpa edir, immun sistemi və maddələr mübadiləsi daha yaxşı işləyir.

İkinci vacib vərdiş isə kardio və güc məşqlərini birlikdə etməkdir. Ağırlıq məşqləri əzələ kütləsini qoruyur, kardio isə ürək-damar sistemini gücləndirir. Bu iki məşq növünün birləşməsi yaşlanma prosesini yavaşlatmağa və bədəni daha uzun müddət güclü saxlamağa kömək edə bilər.

