Oynaqlarda yaranan ağrı və iltihab vaxtında müalicə edilməzsə, bağların atrofiyasına və hərəkət pozuntularına səbəb ola bilər.
Bu barədə “Gazeta.Ru”ya yüksək dərəcəli cərrah, ortoped-travmatoloq və robotlaşdırılmış diz və bud-çanaq oynağı protezləşdirilməsi üzrə ekspert Pavel Semiçenkov bildirib.
Həkimin sözlərinə görə, bağ və əzələlərin düzgün işləməməsi nəticəsində insanda patoloji hərəkət vərdişi formalaşa bilər.
“İki həftəlik iltihabəleyhinə müalicə ilə aradan qaldırıla biləcək iltihab bir ildən sonra xroniki hala keçir, çapıq toxuması ilə əhatələnir və oynaq kapsulunun quruluşunu dəyişir”, – deyə Semiçenkov bildirib.
Mütəxəssis vurğulayıb ki, oynaq ağrısı iki həftədən çox davam edərsə, mütləq həkimə müraciət etmək lazımdır.
Onun sözlərinə görə, məlhəmlər və kompreslər yalnız ağrını və digər simptomları müvəqqəti azalda bilər, lakin problemin əsas səbəbini aradan qaldırmır.

