Maqnit qasırğaları zamanı xüsusilə ürək-damar xəstəlikləri olan insanların sağlamlıqlarına daha diqqətlə yanaşması tövsiyə olunur. Belə dövrlərdə özünü halsız hiss edən, baş ağrısı, yuxu pozuntusu və ya ümumi narahatlıq yaşayan insanlar səhhətlərindəki dəyişiklikləri diqqətdə saxlamalıdırlar.
Mütəxəssislər bildirirlər ki, maqnit qasırğası zamanı ən vacib məqam mövcud xəstəliklərə nəzarəti davam etdirmək və həkim tərəfindən təyin olunan müalicə rejimini pozmamaqdır.
Bununla yanaşı, hər hansı narahatlığı avtomatik olaraq maqnit qasırğası ilə əlaqələndirmək düzgün deyil. Səhhətdə ciddi və ya davamlı dəyişiklik yarandıqda tibbi müayinədən keçmək daha doğru yanaşmadır.

