Moda dünyasının mərkəzlərindən sayılan İtaliyada məşhur brend qeyri-adi dizaynı ilə diqqət çəkən çanta hazırlayıb. Baget çörəyi formasında olan çanta görünüşü qədər qiyməti ilə də təəccübləndirib.

Süni dəridən hazırlanan çantanın üzərində qızılı rəngli Moschino emblemi yerləşdirilib. İlk baxışdan əsl baget çörəyini xatırladan aksessuarın qiyməti isə 1017 dollar olaraq göstərilib.

Qeyri-adi dizayn moda dünyasında sərhədlərin nə qədər geniş ola biləcəyini bir daha nümayiş etdirib. Çantanın yüksək qiyməti isə onun görünüşündən az diqqət çəkməyib.
Denmedia.az

