15 iyunda Bakıda Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçiriləcək.
Konsert Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda baş tutacaq.
Bayram proqramı Dənizkənarı Milli Parkda, Saat qülləsinin qarşısında təşkil olunacaq.
Tamaşaçılar qarşısında tanınmış müğənnilər və yaradıcı kollektivlər çıxış edəcəklər. Onlar zəngin musiqi proqramı təqdim edəcəklər.
Bayram axşamı atəşfəşanlıqla başa çatacaq.

