6–7 iyunda Bakıda klassik və sürətli avtomobillər festivalı keçiriləcək.
Classics & Supercars festivalı Azərbaycan Avtomobil Federasiyası və Nazar Holdings şirkətinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində baş tutacaq.
İki gün ərzində Bakı bulvarında müxtəlif istehsal illərinə və fərqli ölkələrə məxsus klassik, idman və superkar avtomobillər nümayiş olunacaq.
Avtomobillər ziyarətçilərə “Klassik avtomobillər zonası”, “Superkarlar zonası” və “İdman avtomobilləri zonası”nda təqdim ediləcək.
Festivalda Azərbaycan Avtomobil Federasiyasının kolleksiyasına daxil olan avtomobillərlə yanaşı, tədbirdə iştirak üçün qeydiyyatdan keçmiş şəxsi avtomobil sahiblərinin nəqliyyat vasitələri də sərgilənəcək.
Öz avtomobili ilə sərgidə iştirak etmək istəyənlər [email protected] elektron poçt ünvanı və ya (+99450) 295 01 00 mobil nömrəsi vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Tədbirə ziyarətçilər üçün giriş sərbəstdir.

