Görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Tofiq Bakıxanov vəfat edib.
Denmedia.az xəbər verir ki, bu barədə “Report”a sənətkarın ailəsindən məlumat verilib.
Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya gəlib.
O, ilk musiqi təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki onillik musiqi məktəbində skripka ixtisası üzrə alıb.
Tofiq Bakıxanov yarım əsrdən artıq Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərib və Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayıb.
Görkəmli bəstəkar “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif olunub.

