Azərbaycanın Xalq artisti, aktyor və rejissor Tofiq Mirzəyev İsraildə 94 yaşında dünyasını dəyişib.
Bu barədə Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi sosial şəbəkə hesabında məlumat yayıb.
Tofiq Mirzəyev “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “İstintaq”, “Təhminə”, “O qızı tapın” və digər ekran əsərlərində yaratdığı yaddaqalan obrazlarla Azərbaycan kino tarixində özünəməxsus yer tutub.

O, televiziya rejissoru kimi də uzun illər milli ekran mədəniyyətinin formalaşmasına mühüm töhfələr verib.
Qeyd edək ki, Tofiq Mirzəyev 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamları ilə “Xalq artisti” fəxri adına və “Şöhrət” ordeninə layiq görülüb.

