Fransa rusiyalı rejissor Andrey Zvyagintsevin “Minotavr” filmini “Oskar” mükafatına təqdim etmək qərarına gəlib.
Bu barədə Fransanın Milli Kino və Animasiya Mərkəzi (CNC) məlumat yayıb. Mərkəzin prezidenti Qaetan Brüel bildirib ki, “Minotavr”ın seçilməsi Fransanın mükafat qazanmaq şansını maksimum dərəcədə artırır.
2026-cı ilin mayında Kann Film Festivalının münsiflər heyəti Andrey Zvyagintsevin “Minotavr” filmini Qran-priyə layiq görüb. Bu, festivalın əhəmiyyətinə görə ikinci ən nüfuzlu mükafatıdır.

99-cu “Oskar” mükafatlandırma mərasiminin 2027-ci il martın 14-də Los-Ancelesdə keçirilməsi planlaşdırılır. Amerika Kino Sənətləri və Elmləri Akademiyası qısa siyahını dekabrın 15-də, namizədlərin yekun siyahısını isə yanvarın 21-də açıqlayacaq.

Zvyagintsevin filmləri daha əvvəl də “Oskar” mükafatına təqdim olunub. 2015-ci ildə “Leviafan”, 2018-ci ildə isə “Sevgisiz” (“Nelyubov”) Rusiya tərəfindən namizəd göstərilib. Hər iki film “Oskar” qazanmasa da, digər nüfuzlu mükafatlara layiq görülüb.

“Leviafan” “Qızıl Qlobus”, “Sevgisiz” isə Fransanın “Sezar” mükafatında ən yaxşı xarici film nominasiyasının qalibi olub.

