Bakıdakı bəzi binalar təmir olunacaq, bəziləri isə söküləcək.
“Den.az” xəbər verir ki, bu barədə Xəzər TV-nin hazırladığı süjetdə deyilir.
Bildirilib ki, paytaxtda dövlət mənzil fonduna aid binaların əsaslı təmirinə başlanılır. Bu məqsədlə iki böyük tender elan edilib.
Məlumata görə, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən aparılacaq əsaslı təmirin birinci mərhələsində Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ və Pirallahı rayonlarında yerləşən yaşayış binaları təmir olunacaq. Bu istiqamətdə görüləcək işlərin ümumi dəyəri 24,5 milyon manat təşkil edir.
İkinci tender isə Nəsimi, Yasamal, Xətai, Suraxanı və Sabunçu rayonlarını əhatə edir. Burada da dövlət mənzil fonduna aid binaların təmir olunması planlaşdırılıb və layihənin təxmin edilən büdcəsi 24 milyon manatdır.
48,5 milyonluq layihə çərçiəsində ümumilikdə 1100 qəzalı binanın təmiri və ya sökülməsi nəzərdə tutulub.
Daha ətraflı videomaterialda:
Bakının bu ərazilərində binalar söküləcək - Video

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.