Son zamanlar dələduzların sui-istifadə halları, qanunsuz qaydada yoxlama reydləri haqqında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə (AEM) məlumatlar daxil olub.
Bu barədə Den.az-a AEM-dən məlumat verilib.
“Ölkə ərazisində özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkar subyektlərinin nəzərinə çatdırılır ki, səhiyyə ilə bağlı xidməti yoxlamaların keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir”, – məluamtda qeyd olunub.
Mərkəzdən bildirilib ki, belə olan halda keçirilməli olan xidməti yoxlamaların qanuniliyini müəyyən etmək üçün sahibkarlıq subyektlərinin aidiyyəti şəxsi Ədliyyə Nazirliyinin yoxlama.gov.az saytının vahid məlumat reyestrində vergi ödəyəyicisinin eyniləşdirmə nömrəsini daxil etməli və “Çıxarış” sənədində qeyd edilən rəsmi məlumatlara diqqət yetirilməlidir.
“Çıxarış” sənədinə əsasən xidməti yoxlamalara dair məlumatlarda yoxlayıcıların təqdim etdiyi sənədlərlə uyğunsuzluq aşkar olunarsa, sahibkar subyekt(lər)i hüquq mühafizə orqanlarına məlumat bildirməsi məqsədəmüvafiq hesab olunur.
Özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkarların nəzərinə!

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.