Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç karvanı yola salınıb.
Denmedia.az xəbər verir ki, köç karvanı Ağdamın Təzəkənd kəndinin keçid postundan yola düşüb.
Sözügedən kəndə ilk dəfə 26 ailə olmaqla 89 nəfər köçürülür.
İlkin mərhələdə köçürülən ailələr bu günə kimi Sumqayıt, Bərdə, Qəbələ, Göygöl, Füzuli, Oğuz, Ağcabədi, Ağdam rayonları, həmçinin Sumqayıt və Bakı şəhərlərində yerləşən inzibati binalarda məskunlaşan ailələrdir.