25 
dek
2023
08:44
130

Zabuxa köçənlərin sayı artır - Fotolar

25 dek, 2023
08:44
130

Zabuxa köçənlərin sayı artır - Fotolar

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

"Den.az" Azərtac-a istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə - 95 nəfər köçürülüb.

Beləliklə, indiyədək Zabux kəndində 203 ailənin (783 nəfər) daimi məskunlaşması təmin edilib.
 






Bizimlə əlaqə saxlayın

Çox oxunanlar