Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 29-da yola salınıb.
“Den.az” AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülür.
Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 33 ailə (131 nəfər) paytaxtın Qaradağ rayonundan yola salınıb.
Yevlax şəhərində, Füzuli və Şamaxı rayonunlarında məskunlaşmış 6 ailə (22 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə köçürülən ailələrin ümumi sayı 822-yə (3132 nəfər) çatacaq.
Onlar da yataqxana və yarımçıq tikilidən öz evlərinə köçdülər... - Fotolar

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.