Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlərlə idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və hərəkət iştirakçılarına təhlükə yaradan sürücü Xaləddin Əliyev saxlanılıb.
Denmedia.az xəbər verir ki, onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə X.Əliyev 17 sutka inzibati qaydada həbs edilib.