Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib.
Dəyişikliklər üç əsas istiqaməti əhatə edir. Birinci istiqamət əmək münasibətləri sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə, çevik və sosialyönümlü normaların tətbiqinə, habelə müasir iş şəraitinə uyğun yeni anlayışların qanunvericiliyə daxil edilməsinə yönəlib.
İkinci istiqamət üzrə dəyişikliklər milli qanunvericiliyin Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını nəzərdə tutur.
Üçüncü istiqamət üzrə dəyişikliklər isə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərindən irəli gəlir.

