Prezident İlham Əliyev Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Den.az xəbər verir ki, mətndə deyilir:
Konstitusiya Məhkəməsinin hörmətli hakimləri və əməkdaşları!
Sizi Azərbaycan Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfransın açılışı ilə əlaqədar səmimi-qəlbdən salamlayıram.
Konstitusiya Məhkəməsinin hazırkı yubileyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu dövrə təsadüf edir və bu, dərin simvolik məna kəsb edir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasında Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri, bu təsisatın dövlət hakimiyyəti orqanları sistemində mühüm yeri və rolu müəyyən olunmuşdur.
Ötən illər ərzində Konstitusiya Məhkəməsi səmərəli fəaliyyəti ilə və qəbul etdiyi qərarlarla Azərbaycan Konstitusiyasının əliliyinin təmin edilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə, milli qanunvericiliyin, dinamik dəyişən ictimai münasibətlərə uyğun olaraq, Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşdirilməsinə, cəmiyyətdə hüquq mədəniyyətinin və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etməsinə dəyərli töhfə vermişdir.
Əminəm ki, Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə hüquqi dövlət və konstitusionalizm ideya və prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməyəcəkdir.
Azərbaycan Konstitusiya Məhkəməsinin hakimlərini və əməkdaşlarını 25 illik yubiley münasibətilə təbrik edir, konfransın işinə müvəffəqiyyətlər arzu edirəm!”
Prezident bu tədbirin iştirakçılarına müraciət ünvanladı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.