Fevralın 6-da Qazax rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.
Bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Şəmkir RQİİ-nin Qazax rayonu üzrə Əskipara AQPS-dən qidalanan Daş Salahlı kəndində d-76 mm diametrli qaz xəttində yeraltı qəza çağırışının ləğv edilməsi, həmçinin hərbi hissənin yaxınlığında siqirtmənin quraşdırılması ilə əlaqədar təmir işləri aparılacaq.
Bu səbəbdən Daş Salahlı kəndində, eləcə də Qazax şəhərinin Azadlıq və Bakı küçələrində fevralın 6-sı saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı daxildən dayandırılacaq. Fasilə ümumilikdə 1 600 abonenti əhatə edəcək.

