Bu gün yeddi rayonda qaz kəsiləcək
Bu gün yeddi rayonda qaz kəsiləcək
Bu gün Samux, Qazax, Ağdaş, Zaqatala, Füzuli, Yardımlı rayonlarının və Bakının Sabunçu rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Den.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verib.
Təmir işləri aparılan müddətdə Samux, Qazax, Ağdaş, Zaqatala, Füzuli rayonlarının bir hissəsinin, Yardımlı rayonunun tam olaraq və Sabunçu rayonunun Bilgəh qəsəbəsinin Albalılıq massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.