Heydər Əliyev Beynəlxalq Aeroportu martın 29-dan etibarən yaz-yay uçuş cədvəlinə keçir.
Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeni mövsüm 24 oktyabra qədər qüvvədə olacaq və bu müddətdə Bakıdan Avropa, eləcə də Mərkəzi, Cənubi və Şərqi Asiya istiqamətləri üzrə uçuş şəbəkəsi genişləndiriləcək.
Asiya və region üzrə istiqamətlər arasında İstanbul, Ankara, Moskva, Daşkənd, Düşənbə, Ürgənc, Astana, Almatı, Aktau, Pekin və Urumçi yer alır.
Avropa istiqamətində isə Berlin, Frankfurt, Milan, Roma, Varşava, Praqa, London, Vyana, Budapeşt, Paris, Barselona və Kişinyov şəhərlərinə uçuşlar planlaşdırılır. Bundan əlavə, Tbilisi, Bişkek, İzmir, Bodrum, Belqrad, Male və İslamabad istiqamətlərinə də müntəzəm reyslər həyata keçiriləcək.
Uçuşlar AZAL, Turkish Airlines, Pegasus Airlines, AJet, Air Astana, Uzbekistan Airways, Wizz Air, China Southern, LOT Polish Airlines, Lufthansa və digər beynəlxalq aviaşirkətlər tərəfindən yerinə yetiriləcək.
Artan yay tələbatı nəzərə alınaraq sərnişinlərə aviabiletləri əvvəlcədən bron etmələri tövsiyə olunur.
Həmçinin sərnişinlər rahatlıq üçün onlayn qeydiyyat və Self Check-In, Self-Service Baggage Drop-Off xidmətlərindən istifadə edə bilərlər.

