Yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərə hesablanan 20 cərimə balı limiti yenidən nəzərdən keçirilə bilər.
Bununla bağlı qanun layihəsi artıq Azərbaycan Milli Məclisinin müzakirəsinə təqdim olunub.
Son günlər ölkədə cərimələr və cərimə ballarının hesablanması sistemi geniş müzakirə olunur. Bir sıra mütəxəssislərin fikrincə, hazırkı 20 ballıq limit sürücülər üçün müəyyən çətinliklər yaradır.
Ekspertlər hesab edirlər ki, mövcud sistemi daha da təkmilləşdirmək mümkündür. Bildirilir ki, bu istiqamətdə dəyişiklik təklifləri artıq qanunvericilik səviyyəsində müzakirə olunur.
Ətraflı süjetdə:

