Bakının Puşkin küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Nizami küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılan təmir işləri ilə əlaqədar 11 marşrut üzrə avtobuslar avqustun 10-da bəzi dayanacaqlarda müvəqqəti dayanmayacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, sözügedən ərazidə sərnişinlərin avtobusa minib-düşməsi çətinləşəcəyindən marşrutların hərəkətində müvəqqəti dəyişiklik ediləcək.
Məhdudiyyət 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlara şamil olunacaq.
Avqustun 11-dən etibarən həmin marşrutlar əvvəlki qaydada fəaliyyət göstərəcək.

