“Azərbaycan Dəmir Yolları” QSC Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkətini bərpa etməyə hazırlaşır.
Qurumdan verilən məlumata görə, 2025–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində Xırdalan–Güzdək sahəsində dəmir yolu xətlərinin altından keçən yeni avtomobil yolunun inşası tamamlanıb. Bununla əlaqədar həmin istiqamətdə sərnişindaşımanın bərpası üçün hazırlıq işlərinə başlanılıb.
Hazırda Xırdalan-Sumqayıt sahəsində dəmir yolu infrastrukturuna baxış keçirilir, eyni zamanda yeni reyslərdə istifadə ediləcək qatarların təmiri davam etdirilir.
Bütün işlər yekunlaşdıqdan sonra Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə qatarların hərəkəti yeni tədris ili başlamazdan əvvəl bərpa ediləcək.
Qatarlar əvvəlki qaydada həftənin bütün günləri mövcud dayanacaqlar üzrə hərəkət edəcək.

