Cari ildə ölkədə havaların əlverişsiz və yağntılı keçməsi bəzi fermerlərin təsərrüfatlarına da ziyansız ötüşməyib.
Belə ki yağan intensiv yağışlar və əsən güclü küləklər fermerlərə bir sira çətinliklər yaradıb. Bu səbəblə Ağsu rayonunda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə Fimuqasiya mərkəzinin əməkdaşları mütəmadi tədbirlər keçirir və sahibkarlara dəyən ziyanın miniumuma çatdırılması məqsədilə onlara öz köməkliklərini təqdim edirlər.
Bu dəfə köməklik rayonun Bəyimli kəndində olan bağ sahiblərinə edilib. Görüş zamanı mütəxəssilər sahibkarlara bağlarda aqrotexniki qulluğun düzgün aparılması və dərmanlama işlərinin vaxtında həyata keçrilməsini izah edərək onlara müxtəlif tövsiyələr veriblər.Fermerlər mərkəz tərəfindən həyata keçrilən bu kimi tədbirləri yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Ağsuda təsərrüfat mövsümü ərəfəsində bu kimi tədbirlərin mərkəz tərəfindən davam etdirilməsi nəzərdə tutulur.
Aqil Əsədov
Denmedia.az

