Tədbir Ağsu RPŞ-nin Ağsu rayon icra hakimiyyətinin birgə təşkilatçılğı ilə rayonun Mədəniyyət sarayında reallaşıb.Tədbirdə rayon təhsil sektorunun ,mədəniyyət idarəsinin əməkdaşları eləcədə müəllimlər,şagirdlər və rayon içtimaiyyətinin nümayəndələri iştirak etdilər.Tədbirdə Ağsu RPŞ-nin rəisi polis palkovniki Oruc Əmiraslanov çıxış edərək gənclərin və yeniyetmələrin narkomaniyanın törədə biləcyi vərdişlərdən danışdı və şagirdləri bu işin qarşısını almaq üçün nə etmək lazım olduğunu diqqətə çatdıraraq şagirdlərlə marifləndirici söhbətlər apardı.Bundan başqa digər çıxış edənlər narkomaniyanın və erkən nigahın sağlamlıq üçün yaradacağı fəsadları dilə gətirərək şagirdləri bu vərdişlərdən çəkinməyi və bu qiblədən olan insanlardan uzaq durmalarını onlara tövsiyyə etdi.Bildirildi ki,son vaxtlar rayonun bütün ümumtəhsil məktəblərində bu kimi tədbirlərin sayı artırılıb və bu tədbirlərin nəticələri öz bəhrəsini verməkdədir.Tədbirdə narkomanlığın və erkən nigahın yaratdığı fəsadları özündə əks etdirən videoçarxda nümayiş etdirildi.Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin göstərişinə əsasən uşaq hüquq və azadlıqlarının təmini üzrə görülən işlərin səmərəliliyinin artırılmasınin gücləndirilməsi, yetkinlik yaşına çatmayanlar ətrafında aparılan profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Ağsu RPŞ-nin narkotiklərlə mübarizə qrupu cari ildə rayon ümumtəhsil orta məktəblərində “Narkomaniya yox deyək ” eləcədə erkən nigahın fəsadları mövzusunda bir sıra tədbirlər həyata keçirib.Hal-hazırda rayon ərazisində bu kimi tədbirlər davam etdirilir.Bundan maşqa tədbirdə gənclərin polis akademiyasına qəbul olma qaydaları onlara izah olundu bildirildi ki son vaxtlar bu sahədə də xeyli irəliləyiş var.Son vaxtlar gənclər polis akadermiyasına qəbula xeyli maraq göstərir.Tədbirdə RPŞ-nin rəisi polis palkovniki Oruc Əmiraslanov şagirləri maraqlandıran sulları cavablandırdı.İştirakçılar tədbirin təşkilinə görə RPŞ-nin rəisinə və kollektivinə təşəkkür edərək bidirdilər ki, cəmiyyətin düzgün formalaşması üçün belə tədbirlərin keçrilməsi ən vacib amillərdən biridir.Qeyd edək ki, bu kimi tədbirlərin bundan sonra da rayon ərazisində mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.
Ağsuda “Narkomaniya yox deyək” və ”Erkən nigahın fəsadları” mövsuzunda marifləndirici tədbir keçrilib-VİDEO
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

