“Diaspora TV” fəaliyyətini bərpa edəcək.
Den.az xəbər verir ki, bu barədə Münhen şəhərində keçirilən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 2-ci Forumunda qərar qəbul olunub.
Bildirilib ki, bu televiziya diaspor təşkilatları arasında informasiya vakumunun yaranmasının qarşısını almaq, iş birliklərinin, dialoqların yaranmasına kömək etmək, xarici ölkələrdə dövlətimizin imicini qaldırmaq üçün müxtəlif layihələr həyata keçirmək, xaricə getmək istəyənlər üçün maarifləndirici verilişlər hazırlamaq, diaspor fəalları ilə müsahibələr, xüsusi proqramlar hazırlamaq, bacarıqlı adamları diaspor işinə cəlb etmək və s. sahələr istiqamətində fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Diaspora TV” bir neçə il əvvələ kimi Ukraynada fəaliyyət göstərib. Onun yaradıcısı Ukrayna Ali Radası sədrinin müşaviri, tarix elmləri doktoru Hikmət Cavadov olub.
Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.