Avropada sürətlə yayılan tənəffüs yolu infeksiyaları Yunanıstanda ciddi vəziyyət yaradıb.
Den.az xarici mediaya istinadla xəbər verir ki, Yunanıstan Milli İctimai Sağlamlıq Təşkilatının (EODY) son hesabatına əsasən, qrip və HMPV virusu səbəbilə 7 nəfər reanimasiyaya yerləşdirilib, 1 nəfər isə dünyasını dəyişib.
Reanimasiyada müalicə olunan 7 xəstənin yaşlarının 19 ilə 81 arasında dəyişdiyi və onlardan üçünün kişi, dördünün isə qadın olduğu bildirilib.
Mütəxəssislər qrip və HMPV kimi tənəffüs yolu infeksiyalarının artmasının yaxın regionlar üçün də təhlükə yarada biləcəyini bildirirlər.
Yeni epidemiyanın Azərbaycana təsir edib-etməyəcəyi hələlik bilinməsə də, bu mövzuda tədbirlər görmək və məlumatlı olmaq əhəmiyyətlidir.
Dünyada sürətlə yayılan yeni epidemiya bu ölkəyə də çatdı - İlk ölüm qeydə alındı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.