USAID-ın ABŞ-da çıxdaş edilməsi və Trampın bu təşkilatla bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb və geniş müzakirələrə yol açıb. Bəs görəsən, Trampın təşkilatla bağlı bu açıqlamaları nədən qaynaqlanır?
Politoloq Məhəmməd Əsədullazadə Den.az-a açıqlamasında bildirib ki, USAID-ə qarşı tətbiq edilən qaydalar və radikal dəyişikliklər bu təşkilatın artıq "kölgə siyasəti"nin qarşısının alınmasına hesablanıb.
“Milyardlarla dollar bir çox ölkələrə xərclənirdi. Tramp ilk növbədə ABŞ-da vergi ödəyicilərindən yığılan pulların xarici təşkilatlara getməsinin qarşısını alır. Göründüyü kimi İlon Mask “COVID-19” və digər bioloji silahların olduğunu vurğulayıb. USAID bu günə qədər demək olar ki, ABŞ-ın bir çox ölkələrdə həyata keçirdiyi imperialist siyasətinin aləti olub. Bu gün Donald Tramp milyardlarla dolların digər ölkələrə axınının qarşısını alır və bu sahədə ciddi siyasət həyata keçirəcək. ABŞ-ın yeni rəhbərliyi USAID tərəfindən başqa dövlətlərin daxili işlərinə müdaxilə, inqilabların təşkili və digər fəaliyyətlərini korrektə edəcək. Təbii ki, bu da ABŞ-ın yeni siyasi dünya nizamında atdığı böyük radikal dəyişiklikdir. USAID-in bir çox ölkələrdə vətəndaş cəmiyyətinə təsirləri var idi. USAID vasitəsilə ABŞ mərkəzi kəşfiyyat idarəsi bir çox ölkələrə təzyiq edirdi. Göründüyü kimi bunun da artıq qarşısı alınır. Bir növ təmizləmə siyasəti həyata keçirilir. Trampın “USAID-in dəlilər tərəfindən idarə edilməsi”ni vurğulaması bu təşlilatın başında oturanların heç də ciddi strateji biliyə malik olmadığının sübutudur”-deyən politoloq hesab edir ki, Trampın bu qərarı obyektivdir və bununla USAID bir çox ölkələrdə fəaliyyətini dayandırmağa məcbur qala bilər".
Günəş Fərəh
Den.az