ABŞ Prezidenti Donald Trampın reytinqi neft qiymətlərinin kəskin artımı fonunda rekord səviyyədə aşağı düşüb.
Bu barədə The Financial Times nəşri məlumat yayıb.
Məlumata görə, neft qiymətlərinin dörd dəfə artması iqtisadi narazılığı gücləndirib və bu, Trampın ikinci prezidentlik dövrünə təsir göstərib.
“O, diqqət çəkən qalmaqallı başlıqlar yaradır, amma iqtisadi göstəricilərə baxanda vəziyyət heç də yaxşı deyil”, — deyə Ağ Evin keçmiş rəsmilərindən biri bildirib.
Nəşrin redaktorları hesab edir ki, Trampın Amerikaya “qızıl dövr” vəd edən çıxışları gözlənilən nəticəni vermir.

