Ermənistanın baş naziri Nikol Paşinyan və Fransanın prezidenti Emmanuel Makron iki ölkə arasında strateji tərəfdaşlığın qurulması barədə birgə bəyannamə imzalayıblar. Sənəd liderlərin İrəvanda keçirilən görüşünün yekununda imzalanıb və mərasim canlı yayımlanıb.
Bundan əlavə, hər iki ölkənin rəsmiləri və şirkət nümayəndələri müxtəlif sahələr üzrə əməkdaşlıq sazişləri bağlayıblar. Razılaşmalar süni intellekt, kibertəhlükəsizlik, yarımkeçiricilər, hərbi texnologiyalar və müdafiə sistemləri üzrə tədqiqatlar, eləcə də hərbi təchizatın təminatını əhatə edir.
Həmçinin yol tikintisi, mədəni irsin qorunması və ictimai kreditləşmə sahələrində də sənədlər imzalanıb. Sazişlər əlçatan mənzil proqramı üzrə kredit layihələrini də əhatə edir.

