İran və Rusiya xarici işlər nazirləri Abbas Araqçi və Sergey Lavrov ABŞ və İsraillə bağlı münaqişənin yekunlaşdırılması məsələsini müzakirə ediblər. Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.
Məlumata görə, tərəflər regionda vəziyyətin inkişafı ilə bağlı aktual məsələlərə toxunublar.
İran XİN-in açıqlamasında qeyd olunur ki, tərəflər İslam Respublikasının münaqişənin dayandırılması ilə bağlı son mövqeləri və təşəbbüsləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlik bildirib ki, müzakirələrdə ABŞ və İsrail ilə qarşıdurmanın dayandırılması istiqamətində atıla biləcək addımlar diqqət mərkəzində olub.

