İtaliyanın Baş naziri Ciorcia Meloni SOCAR-ın nəzarətində olan IP şirkətinin bütün ölkə üzrə benzin və dizel yanacağının qiymətlərinə məhdudiyyət tətbiq etmək qərarından sonra Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Meloni bildirib ki, Eni-dən sonra IP şirkətinin də ölkə üzrə yanacağın qiymətlərini məhdudlaşdırmaq qərarı italiyalı ailələrə göstərilən diqqətin mühüm göstəricisidir və yanacağın bahalaşmasının qarşısını almağa konkret töhfə verməyin mümkün olduğunu göstərir.
“Azərbaycan Prezidenti İlham Əliyevə əməkdaşlığımızı gücləndirən bu diqqətə görə xüsusi təşəkkürümü bildirmək istəyirəm”, — deyə Meloni vurğulayıb.
O əlavə edib ki, İtaliya hökuməti xüsusilə mürəkkəb beynəlxalq şəraitdə ailələrə dəstək göstərmək və onların alıcılıq qabiliyyətini qorumaq istiqamətində fəaliyyətini davam etdirəcək.

