ABŞ Prezidenti Donald Tramp nüvə müharibəsinin və qlobal fəlakətin qarşısını almaq üçün nüvə silahına malik ölkələrin liderləri ilə danışıqlar aparır.
Bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Mett Uitaker bildirib.
“Prezident nüvə dövlətlərinin liderləri ilə Armageddonun qarşısını almaq və bəşəriyyətin məhv edilməsinə yol verməmək yollarını müzakirə edir”, – deyə diplomat vurğulayıb.
Uitakerin sözlərinə görə, Çin nüvə arsenalını sürətlə genişləndirir. Bu isə strateji sabitliyin qorunmasını və nüvə müharibəsinin qarşısının alınmasını daha da vacib edir.

