Türkiyəli məşhur aktrisa Ezgi Mola boşandıqdan təxminən ilyarım sonra yeni sevgilisi olduğu iddia edilən Yaşar Çağlakla ilk dəfə görüntülənib.
“tv100 Magazin Hattı”nın yayımladığı görüntülərdə ikili birlikdə kameralara tuş gəlib. Lakin onlar jurnalistlərin münasibətləri ilə bağlı suallarını cavabsız qoyublar.

Ezgi Mola ilə Yaşar Çağlakın nə vaxtdan birlikdə olduqları hələlik məlum deyil. Tərəflər münasibətlərini rəsmən təsdiqləməyiblər.
Xatırladaq ki, aktrisa 2023-cü il mayın 8-də iş adamı Mustafa Aksakallı ilə ailə qurub. Bir övladı olan cütlük 2025-ci ilin iyununda boşanıb.
Mola daha əvvəl müğənni Tarkanın gitaraçısı Can Şengünlə eşq münasibətində olması barədə iddialarla gündəmə gəlsə də, həmin xəbərlər təsdiqlənməmişdi.

