CBC-nin verdiyi məlumata görə, təxminən bir həftə əvvəl itkin düşən aktyor və prodüser Stüart Maklinin cəsədi Kanadanın Britaniya Kolumbiyası əyalətinin Lions Bay şəhərində tapılıb.
Məlumata görə, 45 yaşlı Maklinin cəsədi Layons-Bey rayonunda aşkarlanıb. Meyitin hansı şəraitdə və dəqiq harada tapıldığı açıqlanmır.
İstintaq qrupu müəyyən edib ki, Stüart Maklin sonuncu dəfə mayın 15-də Layons-Beydəki evində görülüb. Onun itkin düşməsi barədə isə mayın 18-də məlumat verilib.
Kanada Kral Atlı Polisi bildirib ki, iş artıq qətl araşdırması kimi qiymətləndirilir. Əməliyyat tədbirləri zamanı hüquq-mühafizə orqanları aktyorun atasını saxlayıblar.
Hazırda müstəntiqlər hadisələrin xronologiyasını bərpa etmək üçün müşahidə kameralarının görüntülərini araşdırır, dindirmələr aparır və sübutlar toplayırlar.
Qeyd edək ki, Stüart Maklinin son işlərindən biri Netflix platformasının “Virgin River” dram serialında iştirakı olub. O, həmçinin “Arrow”, “Murder in a Small Town”, “Travelers” və “The Killer Inside: The Ruth Finley Story” kimi layihələrdə çəkilib.

